Bayram yaxınlaşanda təlaşa düşməyə ehtiyac yoxdur. Əyləşib, yaxşı “brainstorming” etmək lazımdır. Bayram kampaniyası hazırlamaq üçün sizə nələrin lazım olduğunu bir araya gətirmişik. 7 addımda uğurlu bayram kampaniyanızı yüz ölçüb, bir biçə bilərsiniz.
Getdik.
Haradan başlayacaqsınız?
Bayram kampaniyalar digər kampaniyalardan biraz fərqlidir. Digərlərini bir post və ya tvit ilə bildirsənizdə, bayram kampaniyasında geniş marketinq kommunikasiyasına ehtiyacınız olacaq. Mesajınızı və detalları bütün marketinq kanalları vasitəsilə öz auditoriyanıza düzgün çatdırmalısınız.
Fəaliyyət göstərdiyiniz sahədən asılı olaraq, kommunikasiya strategiyalarınızı öncədən təyin etmək işlərinizi asanlaşdıracaq. Müəyyən zaman daxilində davam edəcək bayram kampaniyanızın marketinq kanallarını təyin etdikdən sonra, məqsədinizi seçə bilərsiniz.
Kampaniyanın məqsədi seçin
Kampaniya başlamadan öncə nə üçün bunu etdiyinizi bilməlisiniz. Kampaniyanın məqsədi nədir və nəyə nail olmaq istəyirsiniz? Kampaniya sonunda hansı göstəriciləri görmək istəyirsiniz?
Hansı nəticəyə fokuslanacağınızı bildikdən sonra məqsədinizi təyin edə bilərsiniz.
Məsələn, məqsədiniz spesifik, ölçüləbilən, əlçatan, aktual və məhdud zamanlı olmalıdır. Bu sadaladıqlarımız hamınızın çox gözəl bildiyi SMART məqsəd açılımıdır.
Auditoriyanı müəyyənləşdirin
Marketinqin ən əsas addımlarından biri olan auditoriyanın müəyyənləşdirilməsi burada da aktualdır. Auditoriyanızı müəyyənləşdirmək sizə düzgün mesajı verməyinizə imkan yaradır.
Auditoriyanız barədə nə qədər məlumatınız varsa, məqsədinizə çatmağınıza o qədər yaxınsınız deməli.
Auditoriyanızın hansı sosial mediada daha çox vaxt keçirdiyini, məlumatları mobildə yoxsa kompüterdə tükətdiyini və ya zövqlərini əvvəlcədən yaxşı öyrənmək lazımdır.
Bütün məlumatlara və ya sizə lazım olan məlumata sahib olduqdan sonra, insanlar üçün təklif yarada bilərsiniz.
Təklif yaradın
Təklif yaratma mərhələsində artıq sizin kreativ komandanıza böyük yük düşür. Həm onlayn, həm də oflayn formada mesajınızı düzgün şəkildə auditoriyanıza çatdırmağın vaxtıdır.
Yaradacağınız təklifin məzmunu yazı, şəkil, video formatında, email formasında və s. ola bilər.
Məzmun olaraq çalışın mesajınızı açıq şəkildə bildirəsiniz. İnsalara aydın və oxunaqlı mesaj göndərməyə çalışın. Unutmayın ki, internet dünyası insanları səbrsiz edib. Sürət hər şeydir. Kampaniyanızda olan yazıları daha qısa, sadə və oxunaqlı edin.
Əgər kampaniya məzmununuzun vizualı və mətni ideal vəziyyətdədirsə, insanların düşüncəsinə daha sürətli hək ola bilərsiniz.
"Landing Page" düzəldin
Təklif verdikdən sonra insanların onlayn toplaşdığı bir məkan olacaq. Bu da sizin saytınızın ilk səhifəsi olur.
Giriş səhifəsini elə formada düzəltmək lazımdır ki, ora kampaniya üçün gələn izləyici istədiyini tez bir zamanda tapsın və oxusun və ya iştirak etsin. “Landing Page”-in ideal olması sizə daha çox trafikin gəlməsində önəmli rol oynayır. “Landing Page”-i maraqlı edəcək vacib nüanslar isə bunlardır:
- Diqqəti cəlb edən başlıq yazısı. İzləyicilər sayta daxil olduqları zaman ilk öncə böyük hərflərlə yazılmış yazını oxumağa çalışırlar. Bu yazı saniyələr içərisində onları ya saytda saxlayacaq, ya da saytdan küsdürəcək. Onların diqqətini cəlb etmək üçün başlığı ideal yazmaq lazımdır.
- Maraqlı vizuallar. Başlıqdan əlavə vizual seçimi də önəmlidir. Vizual ilə başlıq bir-birini tamamlamalıdır. Bu ikisi bir-birinə zidd formada olarsa, izləyici çaş-baş qala bilər.
- Kampaniya üstünlükləri. “Landing Page”-də hökmən üstünlüklər yer almalıdır. İzləyici bu kampaniyadan nə əldə edəcəyini yaxşı bilməlidir. Əgər üstünlüklər orada yer almasa, izləyici kampaniya məzmununun içində itib batacaq. Və bu kampaniyaya niyə qoşulmalı olduğunu bilməyəcək.
- Form yaratmaq. Çox qısa form yarada bilərsiniz. Daha qısa hala salaraq sadəcə email tələb edən bir form yaradın. Beləliklə, izləyici sürətli şəkildə kampaniyaya qoşula bilər.
Paylaşın
Bütün bunları etdikdən sonra hazırladığınız məzmunu bütün marketinq kanallarınızda paylaşın. İzləyicilərinizi email, sosial media, bloq və digər bildirişlərlə toplamağa çalışın. Bütün yollar Romaya aparır deyirlər. Siz də bütün yolları veb saytınıza aparın. Kampaniyanızı uğurlu edin.
Ölçün
Kampaniya bitdi, nə edək? Heçnə. Ölçməyin tam vaxtıdır.
Kampaniya ərzində və kampaniyadan sonra nəticələri ölçmək lazımdır. Kampaniyanızın nə qədər uğurlu olub-olmamasını buradan biləcəksiniz. Bununla da digər kampaniyalar üçün maraqlı data toplayacaqsınız.
Bu datalardan istifadə edərək eyni səhvləri təkrarlamaya və daha yaxşı məzmun çıxarda biləcəksiniz.