Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Şirkət Olaraq Özbəkistanda "özbək Aşından" Pay Götürməyə Çalışacağıq.

Şirkət olaraq Özbəkistanda "özbək aşından" pay götürməyə çalışacağıq.

2024-03-14

Yerli bazarda 7 illik fəaliyyəti olan Marcom Marketinq və Kommunikasiyaları şirkəti Özbəkistan bazarı üzrə hədəfləri reallaşdırmağa başlayıb.

Şirkətin İcraçı Direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə bu bazarın nəbzini tuta bilən yerli şirkətlər üçün burada böyük potensial var.

“Biz 6 ay boyunca bu bazarı rəqəmsal alətlər və iqtisadi göstəricilərin köməyi ilə araşdırdıq. Hədəfimiz rəqəmsal alətlərin köməyi ilə Özbəkistan şirkətlərinin diqqətini cəlb edib, onlardan sifariş almaq idi ki, biz bunu bacardıq. Sifarişlərin uğurlu icrasından sonra Marcom şirkətinin növbəti ofisini Özbəkistanda açmağı qərara aldıq. Növbəti mərhələdə Azərbaycan - Özbəkistan ticarət evinin dəstəyi ilə hər iki ölkənin iqtisadi əlaqələrinin inkişafında şirkətlərə marketinq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik.

İlkin mərhələdə 6 fundamental marketinq xidmətləri ilə Özbəkistan bazarında təmsil olunmağı seçmişik. Orada fəaliyyət göstərən kiçik  və orta biznes subyektlərinin də xarici bazarlara çıxışı üçün standartlara cavab verən vizual kimliyi mövcud deyildir.

Marcom şirkətinin Özbəkistanda olması orada fəaliyyət göstərən Azərbaycan mərkəzli bazar iştirakçıları üçün də əlavə dəyərdir. Biz Özbəkistan bazarı, orada çalışan eyni kateqoriyalı şirkətlərin çalışma fəlsəfəsi, şəxsi kaprizlərini bildiyimiz üçün yerli şirkətlərimizə həmin bazar üzrə doğru istiqamət göstərməyə hazırıq.”

Qeyd edək ki, Marcom şirkəti həm də Azərbaycan - Özbəkistan Ticarət evinin marketinq işlərinin icrasını da həyata keçirəcək. Şirkət, Azərbaycan və Özbəkistandan əlavə Gürcüstanda da eyni istiqamətli işləri həyata keçirməkdədir.