Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Peşəkar Kopirayterin 4 Dostu

Peşəkar kopirayterin 4 dostu

2019-12-18

Bu gün hər sosial media istifadəçisi və ya reklam izləyicisi qarşısına çıxan paylaşımın, reklamın maksimum yaradıcı olmasını istəyir. Bu, həm də Google-un tələbidir. Ona görə də müştərilər həmişə mükəmməl söz oyunu edə bilən və hər sözü doğru yerdə yaza bilən kopirayter axtarırlar.

Bu səbəbdən də kopirayter sahib olduğu biliklərlə kifayətlənməyib daima öz üzərində işləməlidir. Bəs müştərinin və dövrün tələbinə uyğun kopirayter olmaq üçün hansı əsas bacarıqlara yiyələnmək lazımdır?

1. Zərif yazma bacarığı

Mükəmməl kopirayter olmaq üçün yaxşı yazmaq lazımdır.
Bu, təbii ki, göründüyü qədər asan deyil. Dilin qrammatik qaydalarını, durğu işarələrini, sözlərin düzgün istifadəsini və ən əsası çoxlu söz bilməlisiniz. Hər gün bir az zaman ayıraraq yaxşı yazmağı vərdiş etmək olar. 

Bunun üçün hansı bacarıqlara yiyələnmək lazımdır?

  • Söhbət edin. Yazarkən hansısa dostunuz və ya ailə üzvünüzlə danışdığınızı təsəvvür edin. Səmimi olmaq müştərinin axtardığı ən əsas nüanslardandır.
  • Bir-birilə əlaqəli, biri-birini tamamlayan, axıcı cümlələrdən istifadə edin. 

2. Macəra dolu və geniş maraq dairəsi

Kopirayter həmişə maraq dolu olmalıdır. Axtardığı sualın cavabı onu qane eləməməlidir. Daha çox araşdırıb, daha çox cavab tapmalıdır. Bir mövzunu müxətlif mənbələrlə, müxətlif yollarla araşdırmağı bacarmalıdır. 

Axtarış etmək bacarığı əsasən sonradan qazanılmır. Amma hər insan bunu qismən də olsa özündə formalaşdıra bilər. 

Kopirayterin təmamən məlumatsız olduğu mözvu belə olsa onu araşdırmağa daima marağı olmalı, araşdırmağa köməklik edəcək suallar verməlidir özünə.

Araşdırmağa başlayanda kim, nə, nə zaman, harada, niyə və necə olduğu ilə bağlı suallara cavab tapmağı hədəfləyin. Bu suallar sayəsində özünüzdə mövzuya dair maraq yaratmış olacaqsınız.

3. Axtarış bacarığı

Kopirayterin daima əlində çoxlu mənbələr olmalıdır. Axtarış daha çox veb üzərindən etməklə yanaşı, kitablar, hər hansısa jurnal və dərgilər, qazetlər də kopirayterin axtarış yeri olmalıdır. 

Zamanı daha düzgün idarə etmək baxımından kopirayter mövzu ilə bağlı məlumatı  harada axtaracağını bilməlidir.

Həmçinin axtarış edərkən necə düzgün araşdırma etməyi, hansı sözləri yazmağı bilmək lazımdır. Bununla bağlı daha ətraflı məlumatı “Doğru araşdırma necə edilir?” adlı bloq yazımızdan oxuya bilərsiniz. 

4. Yenilik edin

Kopiraytinq hədəf kütləsinin tələbinə və məhsula görə dəyişir. Amma dəyişməyən yeganə nüans kopirayterin yeniliklər etməsidir. 

Kopirayterlərin bu gün ən çox çətinlik çəkdikləri məsələ yeni nələrsə tapmaq, onu trend etməkdir. Təklif edilən fikirləri araşdıranda da çox zaman daha öncə o fikri kiminsə reallaşdırdığını görürük. 

Bəs yeni fikirlər necə yaranır? Necə eləmək lazımdır ki, daha əvvəl kiminsə ağlına gəlməyən məhz sənin ağlına gəlsin?

  • Olduğun sektoru yaxşı araşdırıb, bu işin peşəkarlarını daima izləmək lazımdır.
  • Təbii ki,  bu iş peşəkarları tapıb onları sadəcə izləməklə bitmir. Nə yazdıqlarını oxuyun və niyə bu qədər uğurlu olduqlarını anlamaq lazımdır. Onları uğurlu edən təyin etdikləri tərzdirmi, yoxsa istifadə etdikləri media növləri? Hansı xüsusiyyətin yazılarında daha qabarıq olduğu analiz edilməlidir.
  • Breynstorminq edin. Ağlınıza gələn bütün fikirləri bir yerə qeyd edib onlar üzərində düşünmək lazımdır. Söhbət 10-50 fikir yazılan siyahıdan gedir.

Bu fikirlər üzərində düşünərkən qısa fasilələr vermək, beyni dincəltmək isə mütləqdir. Yorğun beyinlə heç bir zaman parlaq fikir demək olmur.

Nəticə

İşinin peşəkarı olan kopirayterlərdən olmaq üçün lazım olan əsas nüansları bildiyinizə görə artıq onları inkişaf elətdirmək lazımdır. Kopiraytinq bacarıqlarını inkişaf elətdirmək isə zaman tələb edir. Peşəkar kopiraytarlər zamanı düzgün idarə edərək özlərini bu sahədə maksimal şəkildə inkişaf elətdirir, yeniliklər edirlər.