Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Kontent Işində Bazar Payını Artırır

Kontent işində bazar payını artırır

2020-08-17

Azərbaycan və Gürcüstan bazarında marketinq və kommunikasiya xidmətləri göstərən Marcom şirkəti rəqəmsallaşan bazarda kontent payını artırır.

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə bu gün bazarda demək olar ki, bütün rəqəmsal marketinq alətlərinin başında kontent durduğunu söylədi.

“Bu gün bazarda fəaliyyət göstərən şirkətlərin çox hissəsi unikal və faydalı kontentin olmamasından əziyyət çəkirlər. Bu boşluq isə onlara rəqəmsal marketinq alətlərindən tam şəkildə faydalanmağa mane olur. Bundan istifadə edən bir çox fəaliyyəti tənzimlənməyən agentliklər və frilans fiziki şəxslər isə həmin şirkətləri risklər barədə əvvəlcədən məlumatlandırmırlar. Nəticə etibarı ilə müştəri rəqəmsal dünyada öz mövqeyini möhkəmləndirə bilmir və itkilərlə üzləşir. Bu kimi hallar bazarda fəaliyyət göstərən peşəkar marketinq şirkətlərinin və ümumilikdə sahənin imicinə kölgə salır.”

Ceyhun Fərzəliyev digər mənbələrdən götürülmüş təkrar kontentin mənfi nəticələri ilə bağlı məlumat verərək bildirib ki, bu sonradan iki qat zərərə gətirib çıxardacaq.

“Bizə google-da ön səhifələrə çıxmaq (SEO xidməti), google reklamları və s. rəqəmsal marketinq xidməti ilə bağlı müraciət edənləri bir çox hallarda məyus etməli oluruq. Biz müştərilərə izah etməyə çalışırıq ki, əgər Sizin saytınızda unikal və faydalı kontent yoxdursa, saytınız google-un bugünkü standartlarına uyğun dizayn olunub və proqramlaşdırılmayıbsa, biz Sizə bu xidmətləri göstərə bilmərik. Biz hər zaman bazarda mövcud olan kiçik və orta sahibkarları mümkün olan risklərdən qorumağa və onları maarifləndirməyə çalışırıq. Bu gün bazarda əsasən tibb, tikinti, turizm, kənd təsərrüfatı, qida, e-kommers sahələri üzrə kontent qıtlığı yaşanmaqdadır. Hal-hazırda biz artan tələbata əsasən bazarda kontent marketinq xidməti üzrə bazar payımızı artırmaqda davam edirik. Bu istiqamətdə həm insan kapitalına, həm də rəqəmsal marketinq alətlərinə yatırımlar edirik.”

Qeyd edək ki, Marcom şirkəti hal-hazırda bir çox sektorlarda satışın artırılması istiqamətində yeni marketinq xidməti üzərində çalışır. Şirkət, yeni xidmətini gələn ay ərzində bazar iştirakçılarına təqdim etməyi planlaşdırır.