Menu

AZ EN RU

Məhsulun foto çəkilişi necə həyata keçirilir?

Fotosu çəkiləcək məhsul istehsal prosesini bitirdikdən sonra hər hansı fiziki təsirə məruz qalmadan (əzilmədən, ləkələnmədən, formasını itirmədən, istifadə müddəti bitmədən və s.) çəkilişi edilməlidir. Əgər məhsulun qablaşdırması parlaq və ya metalizə materialına malikdirsə, daha yaxşı nəticə almaq üçün həmin qablaşdırmanın 3D modelləmə olunması tövsiyyə olunur.

Hansı növ foto çəkilişləri həyata keçirirsiniz?

Məhsul, arxitektura, iş prosesi, portret, dron çəkiliş xidmətlərimiz mövcuddur.

Məhsul foto çəkilişi harada edilə bilər?

Məkan həm Sifarişçi, həm də İcraçı tərəfindən seçilə bilər. Sifarişçi tərəf, müvafiq texniki avadanlıqların siyahısını müəyyən etmək və məkana baxış keçirmək üçün seçdiyi məkanla bağlı İcraçı tərəfə öncədən məlumat verməlidir.

Foto çəkilişlərin müddəti nə qədərdir?

Foto çəkilişin müddəti məhsul, xidmət və məkanların sayına görə dəyişir.

Çəkilmiş foto şəkillər kim tərəfindən emal olunur?

Çəkilmiş foto şəkillərin hamısı Sifarişçiyə göndərilir. Sifarişçinin bəyəndiyi şəkillər təyin edilərək işlənilməsi üçün Marcom şirkətinə göndərilir.

Foto çəkilişin qiyməti necə formalaşır?

Foto çəkilişin qiyməti çəkiləcək məhsulun, məkanın, sayından, spesifikasiyasından, çəkiliş zamanı istifadə olunacaq dekorativ elementlərin müxtəlifliyindən və istifadə olunacaq texnikadan asılı olaraq dəyişir.