Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Şirkəti “Ağdaş Yem Fabriki” Üçün Loqo Hazırladı.

Marcom şirkəti “Ağdaş Yem Fabriki” üçün loqo hazırladı.

2017-07-16

İstər qısa, istərsə də uzun müddətli layihələrdə müştərilərinə effektiv həll yolları təqdim edən Marcom şirkəti bu dəfə də Ağdaş Yem Fabriki üçün yeni loqonun hazırlanması işini uğurla tamamladı.

İconic (Aykonik) üslubda yığılmış loqoda iri və xırda buynuzlu heyvanların rəsmləri əks olunmuşdur.

Marcom şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimov-un sözlərinə görə Azərbaycanda yem üzrə ixtisaslaşan fabriklərin işinə töhvə vermək şirkətimiz üçün sevindirici bir haldır. Şirkətimiz tərəfindən Ağdaş Yem Fabrikinə 4 loqo konsepti təqdim olunmuşdu və onların arasından fabrikin fəaliyyətini daha dolğun əks etdirən bu loqonun üzərində qərarlaşıldı. Yeni loqo fabrikə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.

Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti bu yaxınlarda daha 2 layihəni ictimaiyyətin diqqətinə çatdırmağı planlaşdırır.