Marcom marketinq və kommunikasiyalar şirkəti Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə Bakıda təşkil olunacaq “İxracat və Ticarət Forumu-2022” (TEF-2022) kreativ tərəfdaşı seçilib.
Şirkətin icraçl direktoru Ceyhun Fərzəliyev 2022-ci ildə sayca 3-cü tədbirin kreativ tərəfdaşı olduqlarını açıqladı.
“Tədbirlərin vizual konseptlərini hazırlamaq ciddi zaman və insan resursu tələb edir. Biz bir çox hallarda hazırladığımız konseptləri şirkət daxilində fikir mübadiləsi olunması üçün müzakirəyə çıxardırıq. Eyni düşüncə dalğasında olan insanların söylədikləri konstruktiv iradlar görülən işi daha da yaxşı təqdim etməyə imkan verir. Biz inanırıq ki, forumda iştirak edəcək dövlət rəsmiləri, səfirliklərin ticarət palatalarının nümayəndələri, media nümayəndələri və müxtəlif sahədə fəaliyyət göstərən ixracat və idxalatla məşğul olan 150 sahibkar üçün anlaşılan və tədbir konseptinə uyğun formalaşdıra biləcəyik.”
Qeyd edə ki, tədbir 30 noyabr tarixində Baku Marriott Boulevard Hoteldə baş tutacaq forumun məqsədi yerli və xarici ixracatçıların yeni bazarlara giriş imkanlarının genişləndirilməsindən ibarətdir.