Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Şirkəti Yoldostu Layihəsinin Yenilənmiş Loqosunu Təqdim Etdi.

Marcom şirkəti Yoldostu layihəsinin yenilənmiş loqosunu təqdim etdi.

2021-06-30

Azərbaycanın marketinq bazarında sahib olduğu mövqeyini hər zaman qorumağa çalışan Marcom şirkəti Yoldostu layihəsinin yeni korporativ dəsti xəttini təqdim etdi.

Layihə rəhbəri İlkin Rəhimovun sözlərinə görə mobil tətbiq üçün hazırlanmış yeni korporativ dəsti xətt layihənin bütün fəlsəfəsini özündə əks etdirir.

“Yoldostu eyni istiqamətdə yol gedən insanları birləşdirən mobil tətbiq olmaqla yanaşı, həm də bir dəyərdir. Mobil tətbiqin əvvəlki brendinqi daha çox taksi şirkətinin vizualını özündə əks etdirdiyi üçün istifadəçilərdə çaşqınlıq yaradırdı. Digər tərəfdən də layihənin məqsəd və dəyərlərini tam olaraq özündə cəmləşdirə bilmirdi. Bu məsələni aradan qaldırmaq üçün Marcom şirkəti layihənin fəlsəfəsini, gedəcəyimiz yolu izah etdikdən sonra bizə 2 fərqli konsept təqdim etdi. Təqdim olunan dizayn konseptlərindən bu konsept həm bizim, həm də yoldostu mobil tətbiqinin istifadəçiləri tərəfindən müsbət qarşılandığı üçün bu vizual üzərində qərarlaşdıq.”

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev Yoldostu kimi yerli bir layihənin inkişafında marketinq paylarının olmasından qürur hissi duyduqlarını vurğulayıb.

“Yerli bazarda dəyər üzərində qurulmuş mobil tətbiqin olması özü bir sevindirici haldır. Görüş zamanı layihənin fəlsəfəsi, məqsəd və dəyərləri izah olunduqca başa düşdük ki, mobil tətbiq ilə onun brendinqi arasında bir qopuqluq mövcuddur. Bu layihə üçün daha rəngli və dinamik bir brendinq lazımdır. Bundan əlavə əvvəlki loqonun mobil tətbiqin digər kommunikasiya vasitələrinə adaptasiyası zamanı sıxıntı yaradacağını Sifarişçiyə bildirdik. Hazırladığımız loqoda 3 nüansı prioritet götürdük. Bunlar məkan işarəsi, ünsiyyət və xoş əhval ruhiyyədir. Hal-hazırda yeni loqo konseptinin digər kommunikasiya vasitələrinə adaptasiyası üzərində işlər tamamlanmaq üzrədir.”

Qeyd edək ki, Marcom şirkəti ilə Yoldostu hal-hazırda mobil tətbiqin daha çox istifadəçilərə çatması və yerli bazarda pay alması istiqamətində danışıqları davam etdirirlər.