Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər 2019-Un Alqoritm Yenilikləri

2019-un alqoritm yenilikləri

2019-12-28

Google axtarış sistemində 2010-cu ildə 400 yenilik eləmişdisə, 2018-ci ildə bu rəqəm 3200-ə qədər qalxmışdı. Amma bu dəyişikliklərin hamısı rəsmi olaraq təqdim edilmir.

2019-cu ildə də bir neçə dəyişikliklər edən Google ilin sonlarına doğru Bert Alqoritm yenilənməsi ilə 2020-ci il yeniliklərinə yol açmış oldu. Belə ki, bəzi mənbələrdə növbəti ildə səsli axtarışlara yönəlmiş yeniliklər edəcəyi bildirilən Google sözügedən yeniliyi Bert alqoritmi sayəsində həyata keçirəcək.

Bəs ümumilikdə Google geridə qoyduğumuz 2019-cu ildə hansı yenilikləri edib?

2019-cu il iyun ayında Google Core alqoritm adlandırdığı yeniliklə bağlı məlumat vermişdi. Core Update əsas axtarış alqoritminə edilən dəyişikliklərdən biridir. Bu yeniliklə bağlı ətraflı məlumatı yazdığımız xəbəri oxuya bilərsiniz. (Core Alqoritm yeniliyi)

Növbəti səs gətirən yenilik isə oktyabrda təqdim olunan Bert alqoritm yeniliyi idi. Bu alqoritm yeniliyi Google axtarış nəticələrinin daha da optimallaşması üçün edilib. Bert alqoritmi hər Googleda edilən hər 10 axtarışdan birinə təsir edəcəyi bildirilmişdi. 

Təsdiqlənən digər yeniliklər

Axtarışlarda daha da müxtəlif nəticələr. Bu yenilik iyunda təqdim edilən Core yeniliyi ilə birlikdə aktivləşdirilmişdir. Sözügedən yeniliyin məqsədi axtarış sahəsini daha da genişlətmək, müxtəlif mənbələrin axtarış sıralamasında çıxmasıdır.

Sorğularda yenilənən nəticələrin görünməsi. Yenilik sayəsində istifadəçi axtarış edəndə qarşısına çıxan nəticələr axtarış tarixindən öncəki deyil, ondan sonrakı zamanla əlaqəli olur. Məsələn, yeni il proqramları ilə bağlı axtarış edən istifadəçi 2018-ci ilin deyil, 2019-cu ilin proqramı ilə qarşılaşmaq istəyir. Bu yenilik daima saytını yeniləyən, son və dəqiq məlumatları yayımlayan saytların axtarış sıralamasında üst sıralarda görünməsinə səbəb olacaq. 

Faydalı: Peşəkar kopirayterin 4 dostu

Təqdim edilməyən yeniliklər

Yuxarıda qeyd edildiyi kimi Google daima yeniliklər edir, amma onların hamısı istifadəçilərə təqdim edilmir. Məsələn, yanvar ayında axtarış nəticələrində fərqliliq baş vermişdi. Gün ərzində bir neçə saatdan bir axtarış nəticələrində dəyişiklərin olması SEO optimizasiya ilə məşğul olanların diqqətini çəkmişdi. Bu, bir problem idi. Lakin Google sözügedən problemlə bağlı hansısa açıqlama vermədi. Eyni hal iyul ayında da baş verdi. Nəhayət noyabr ayında artıq üçündü dəfə axtarış nəticələrinin sıralanmasında kəskin fərq olanda Google daima yeniliklərin edildiyini bildirmişdi.