Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Google-Dan Xəbərdarlıq!

Google-dan xəbərdarlıq!

2019-11-15

11 noyabrda Google Chrome blogunda yüklənməsi zəif olan saytlarla bağlı bir yazı yayımlayıb. Yazıda zəif yüklənən saytların aşkarlanacağı bildirilib. Bu da yaxın zamanda hər hansısa sayta daxil olarkən saytda "yüklənməsi zəifdir" bildirişinin görünəcəyi deməkdir. 

Blog yazısında həmçinin bildirilib ki, sürət Chrome üçün əsas meyarlardan biridir və məqsədi də istifadəçilərə ilk sıralarda yüklənməsi sürətli olan saytları göstərməkdir.

Google sürətin zəif olma səbəbinin istifadəçinin cihazından, ya server problem olduğunu da bildirişdə göstərməyi planlayır.

Bu bildirişin tam olaraq necə olacağı barədə dəqiq məlumat olmasa da, istifadəçinin sayta daxil olarkən ilk olaraq sözügedən bildirişin göstərilməsi nəzərdə tutulub. Buna görə də Google sürətli yüklənən saytlarda aşağıdakı rəsimdə göstərilən kimi loading prosesinin sürətli olduğunu göstərmək üçün yaşıl xəttən istifadə edəcək. Zəif yüklənən saytda isə həmin xətt mavi olacaq.

Bu blog yazısından sonra saytın yüklənmə sürətinin nə qədər önəmli olduğunu görmək mümkündür. Bu yenilik istifadəçilərin zəif yüklənən saytları dərhal tərk etmələrinə və təbii olaraq daha sürətli yüklənən sayta keçid etmələrinə səbəb olacaq.

İstifadəçilərin 40%-i yüklənməsi 3 saniyədən artıq zaman tələb edən saytları tərk etdiklərini və Google axtarış motorlarında sıralama faktoru kimi yüklənmə sürətini nəzərə aldığı hər kəsə məlum idi. Saytın yüklənmə sürətinin necəliyi ilə bağlı istifadəçiyə verilən bildiriş isə sıralama faktoruna, seo optimizasiyaya sözsüz ki, əlavə təsir edəcək.