Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Veb Dizayn Statistikaları - 2020

Veb dizayn statistikaları - 2020

2019-12-12

İnsanlar onlayn platformalarda daha çox zaman keçirməyə başladıqları üçün veb dizayn da öz növbəsində daha diqqət edilməsi mühüm olan nüans oldu. Ona görə də veb dizaynerlər daima öz üzərlərində işləməli, yeni trendləri araşdırıb müştəriyə ən uyğun versiyanı təklif eləməlidirlər. 
Veb dizayner və ya veb dizayner axtaran sahibkar olmağınızdan asılı olmayaraq sözügedən sahədəki mövcud çətinliklər və paralelində yüksək imkanlar barədə bilməyiniz vacibdir. 

Veb dizaynerin qarşılaşdığı əsas çətinliklər

Hər sahədə olduğu kimi veb dizaynda da bir sıra çətinliklər olur. Bir veb dizayner bu işə yeni başlasa da, uzun müddətdən bəri fəaliyət göstərsə də veb dizayn sahəsində sözsüz ki, bir sıra çətinliklərlə üzləşir.

Bəs veb dizaynerlər ən çox nədə çətinlik çəkirlər? 

2019-cu ilin ikinci yarısında aparılan sorğuda məlum olub ki, veb dizaynerlərin 46%-i yeni müştəri tapmaqda, 24%-i isə qiymət təyin etməkdə çətinlik çəkirlər. Həmçinin veb dizaynerlərin 10%-i bu sahənin standartlarında, 8%-i zamanı düzgün idarə etməkdə, 7%-i çətin müştərilərlə işləməkdə, 2%-inin komandanı idarə etməkdə çətinlik çəkdikləri aşkarlanıb. Geridə qalan 3% isə digər çətinliklərlə üzləşirlər.

Veb dizaynerlerin işlərində ən çox sevdikləri nüans

Çətinlikləri olduğu qədər bu işi sevdirən bir tərəfinin olması veb dizayna marağın artmasına səbəb olur. Maraqlıdır, bəs veb dizaynerlər öz işlərində ən çox nəyi sevirlər?
Veb dizayn yaradıcılıq, yenilik tələb edir. Şübhəsiz ki, əksər veb dizaynerlərin də bu işdə ən çox sevdikləri yaradıcı olmaqlarıdır. 
Sorğuda iştirak edən veb dizaynerlərin əksəriyyəti - 66%-i də məhz yaradıcı prosesi daha çox sevdiklərini bildiriblər. 14% veb dizayner işlərin çoxalmasını və yeni müştərilər əldə etməyin daha maraqlı və həyəcanlı olduğunu bildirib. 


Veb dizaynerlerin sevmədikləri nüans

Veb dizaynerlərin sevdikləri qədər işlərində sevmədikləri də nələrsə olur. Sorğuda iştirak edən veb dizaynerlərdən 34%-i yeni müşətri tapmağı sevmədiklərini bildiriblər. Sevmədikləri digər məsələ isə işi idarə etməkdir (24%). 
Nəticələrə nəzər salanda görünür ki, veb dizaynerlər bu işin daha çox yaradıcı tərəfini xoşlayırlar. 

Veb saytı sıfırdan tərtib etmək nə qədər zaman tələb edir?

Hər işin müəyyən görülmə saatı var. Veb dizaynerlər də bir saytı sıfırdan dizayn edərkən kimisi 20 saat,  kimisi də 2 saat işləyir. Sorğuda iştirak edən hər 10 veb dizaynerdən biri saytı sıfırdan dizayn etmək üçün 60 saatdan çox zamana ehtiyacı olduqlarını qeyd edib. Hər 5 dizaynerdən biri isə saytı sıfırdan dizayn etmək üçün 10 saatdan az vaxta ehtiyacı olduğunu bildirib. 

Veb dizaynerlər saytı hansı sıxlıqda yeniləyirlər?
Veb sayt istifadəyə verildikdən sonra müəyyən zaman aralığında saytın dizaynında yeniliklər edilir. Bəs veb dizaynerlər bunu hansı sıxlıqda edirlər?
Aparılan sorğuya əsasən 10 veb dizaynerdən 7-si saytdı ən az 3 aydan bir yenilədiklərini bildiriblər. Bəzi hallarda isə müştəri özü də öz saytını müəyyən müddətdən sonra yeniləməyi öyrənir və bunu edir.

Veb dizayndakı hədəflər

Sayt istifadəçilərin tələbinə uyğun dizayn olunmalıdır. Sayt dizayn ediləndə  onun responsivliyi, gözyorucu olmaması, yüklənmə sürətini nəzərə almaq lazımdır. 

  • 93% insan daxil olduqları saytın istifadə etdikləri cihazda pis göründüyü üçün saytı tərk edib;
  • 90% insan dizaynın pis olıması səbəbi ilə saytı tərk edib;
  • 93% insan saytın gec yüklənməsi səbəbi ilə saytı tərk edib. 

Burada sadalananlar bir saytın daima izlənən olması üçün önəmli olan nüanslardır.